EN

Gəmi aşıb: Ölənlər var

Misir Neft Nazirliyi ölkənin şərqindəki Süveyş Körfəzində qazma gəmisinin çevrildiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazirlikdən verilən yazılı bəyanatda qısa müddət əvvəl “Offshore Shukheir Oil Company”-dən (OSOCO) “Adam Marine 12” adlı qazma gəmisinin Cəbəl Zeyt bölgəsində aşıb çevrildiyi barədə məlumat alındığı bildirilib. 

Açıqlamada Neft və Fərqli Faydalı Qazıntılar Nazirliyi rəhbəri Kərim Bedevi və Əmək Naziri Məhəmməd Cubranın hər iki nazirlikdən birgə qruplarla hadisə yerində vəziyyəti qiymətləndirmək, xilasetmə işlərini izləmək və hadisə ilə bağlı görülən təcili tədbirləri yoxlamaq üçün qəza yerinə yollandığı qeyd olunub. 

Nazirliyin açıqlamasında bölgədəki aidiyyəti qurumlar və tabeli şirkətlərlə koordinasiyalı şəkildə prosesin anlıq izlənildiyi və lazım olan tədbirlərin görüldüyü bildirilib. 

Bu arada “Al-Shorouk” qəzetinin də aralarında olduğu Misir mətbuatında yer alan xəbərlərə görə, Qırmızı dəniz əyalətinin şimalında bir neft qazma gəmisinin aşıb çevrildiyi, 3 nəfərin həyatını itirdiyi, 6 nəfərin xilas edildiyi və itkin düşən 21 nəfərin axtarışının davam etdiyi qeyd edilib. 

“Youm7” internet saytının xəbərində isə hadisədə 4 nəfərin həyatını itirdiyi bildirilib. “Al-Shorouk”-un xəbərinə görə, qazma gəmisinin Əşrəfiye platforması yaxınlığındakı yeni iş sahəsinə aparılarkən aşıb çevrildiyi qeyd olunub. Misir rəsmiləri hələlik mətbuatda yer alan xəbərlərlə bağlı rəsmi açıqlama verməyib. 

Chosen
30
1
cebheinfo.az

2Sources