EN

Trampın heykəli olan parfümlər satışa çıxarıldı - Qiyməti 249 dollardır

ABŞ prezidenti Donald Trampın ətri istehsal edilib. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə fotosu yayılan ətir müzakirələrə səbəb olub. Buna səbəb onun qapağının Trampın miniatür heykəli formasında olmasıdır. 

Parfümlərin adı "Victory 45-47"dır. Bunun mənası güc, qalibiyyət və qazanmaq deməkdir. Ətirlər həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub. 

Parfümlərin hələ ki, bazar qiyməti 249 dollardır (təxminən 423 AZN).

Bu ətirlərin məhdud sayda olduğu bildirilib. Parfüm şüşəsinin üzərində Trampın imzası da var.

Qadınlar üçün olan ətir "Qızılgül-qızıl", kişilər üçün olan ətir isə "Qızıl" adlanır.

Chosen
26
30
far.az

10Sources