EN

Rusiya ordusu Dnepropetrovsk vilayətində ilk yaşayış məntəqəsini ələ keçirdi – VİDEO

Rusiyanın 114-cü motoatıcı briqadasının 51-ci ordusunun hərbçiləri Dnepropetrovsk vilayətində yerləşən Daçnoye kəndini ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, bu, Rusiya ordusunun həmin vilayətdə tutduğu ilk yaşayış məntəqəsidir.
 

Hərbçilər Daçnoyedə bayrağın qaldırılması videosunu təqdim ediblər.


Belə ki, Rusiya hərbçiləri qondarma “Donetsk Xalq Respublikası”nın sərhədindən 4 km-dən artıq dərinliyə irəliləyiblər. Bu barədə onlar öz teleqram kanalında bildirirlər.

“Bu istiqamət sadəcə koordinat deyil. Bu xətt briqada tərəfindən ilk keçilən xəttdir. Briqada dayanmamaq niyyətindədir və bu istiqamətdə hücumu davam etdirəcək”, — deyə döyüşçülər bildirirlər.

Ukrayna rəsmi mənbələri isə hələ ki, Daçnoje üzərində nəzarətin itirilməsi barədə məlumat verməyib.








Bizim.Media

Chosen
32
50
bizim.media

10Sources