EN

“Bavariya” Dias üçün danışıqlara başladı

“Liverpul”un futbolçusu Luis Dias karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” kolumbiyalı vingerin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Münhen klubunun idman direktoru Maks Eberl konkret təkliflə oyunçunun nümayəndələri ilə görüşüb.

Diasın transferi “Bavariya” üçün prioritetdir.

Vingerin “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, Premyer Liqada 103 oyunda 29 qol vurub, 13 məhsuldar ötürmə edib.

Chosen
48
10
futbolpress.az

10Sources