EN

Olivye Jirunun yeni komandası bəlli oldu

Fransa Liqasında çıxış edən "Lill" heyətini Olivye Jiru ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı forvard ABŞ-nin MLS təmsilçisi "Los-Anceles"lə müqaviləsini ləğv edərək "Lill"lə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Olivye Jiru karyerası ərzində "Arsenal", "Çelsi" və "Milan" kimi klublarda çıxış edib. O, həmçinin Fransa millisinin heyətində 120-dən artıq oyuna çıxaraq dünya çempionu tituluna da sahib olub.

"Cebheinfo.az" 

Chosen
28
1
cebheinfo.az

1Sources