EN

Bahar Muradova: Azərbaycan regionda lider dövlətdir, bu liderliyin əldə olunmasında qadınların böyük rolu var

Azərbaycan regionda lider dövlətdir və bu liderliyin əldə olunmasında birmənalı şəkildə qadınların böyük rolu var.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında keçirilən ECO Qadınlar Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, qadınların idarəetmədə iştirakının daha da artırılması gündəmdədir:

"Biz bu inkişaf üzərindən daha çevik bir dönəmə, yeniliklərlə zəngin mərhələyə daha güclü qadınlarla, vətəndaşlarla daxil olmalıyıq. Bu baxımdan, belə forumların keçirilməsi çox faydalıdır".

Chosen
29
2
report.az

4Sources