EN

“Səbail” Premyer Liqadan oyunçu aldı

Növbəti mövsümü Azərbaycan I Liqasında keçirəcək “Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi “Şamaxı”nın futbolçusu ilə güclənir. Bölgə klubunun müdafiəçi Səbayıl Bağırov yeni mövsümdən “dənizçilər”də çıxış edəcək. Artıq tərəflərin razılığa gəldiyi bildirilir.

30 yaşlı futbolçu ötən mövsüm “Şamaxı”nın heyətində 21 oyun keçirib.

Chosen
29
idmanxeber.az

1Sources