BAKI, 2 iyul. TELEQRAF
2025-ci ilin iyun ayı ərzində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda ümumilikdə 51514 şəxs iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə DİM-in məlumatında qeyd olunub.
Məlumata əsasən, onlardan 444 nəfəri beynəlxalq imtahanların iştirakçısı olub.