"Beşiktaş" növbəti transferini həyata keçirib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Roma"nın hücumçusu Temmi Abrahamla icarə müqaviləsi imzalanıb.


İngiltərə millisinin sabiq üzvü 2026-cı ilin iyununa qədər "qara qartal"da çıxış edəcək. Onun müqaviləsində satınalma bəndi də var. 


Ötən mövsümü icarə əsasında "Milan"da keçirən Temmi Abraham 44 oyunda 10 qol vurub.