EN

Makron və Putin arasında telefon danışığı Avropa liderlərinin susqunluğunu pozdu- ÖZƏL

1 iyul tarixində Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı Avropa liderlərinin Rusiya lideri ilə uzun müddətdir davam edən "blokada" və sükut dövrünə son qoydu. Olaylar.az xəbər verir ki,  bu barədə İspaniyanın nüfuzlu "El País" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqı indiyədək Rusiya Prezidenti ilə birbaşa əlaqələrdən yayınırdı. Bu istisna yalnız Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitsoya aiddir.
Fransa və Rusiya liderləri son üç ildə ilk dəfə telefonla danışıb. Yelisey sarayının yaydığı məlumata əsasən, söhbət iki saatdan çox davam edib. Sonuncu rəsmi telefon danışığı 2022-ci il sentyabrın 11-də baş tutmuşdu. Həmin zaman Kreml Zaporoje AES ətrafındakı vəziyyət, Ukrayna tərəfinin Donbasda mülki obyektləri atəşə tutması və taxıl razılaşmasının perspektivlərinin müzakirə olunduğunu bildirmişdi.
Makron və Putin arasında təmasların dayandırılmasına səbəb kimi Fransanın dövlət başçısının bir əvvəlki telefon danışığını mediaya sızdırması göstərilir. Vladimir Putin bildirib ki, fransalı həmkarı onun xəbəri olmadan telefon danışığında üçüncü şəxslərin iştirak etdiyini gizlədib və bu, etimada zərbə vurub.
Bu yeni telefon danışığı isə Avropa liderlərinin Moskva ilə birbaşa dialoqa qayıtmasının mümkünlüyünə işarə kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
17
olaylar.az

10Sources