EN

Qazaxıstandan dəmir yolu ilə Azərbaycana göndərilən taxılın həcmi açıqlanıb

ain.az bildirir, Apa.az portalına istinadən.

Qazaxıstan dəmir yolları ilə Rusiya Federasiyası ərazisilə Azərbaycana 500 min tondan artıq taxıl göndərilib.

Bu barədə “APA-Economics” “Qazaxıstan Dəmir Yolları” şirkətinə (QDY) istinadən xəbər verir.

Məlumata görə, bu ilin birinci yarısında QDY tərəfindən 6,6 mln. ton taxıl daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53% çoxdur.

Hesabat dövründə ixrac daşımaları 62% artaraq 5,1 mln ton təşkil edib.

Qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Qazaxıstandan dəmir yolu ilə Mərkəzi Asiya ölkələrinə 2,6 mln. ton taxıl göndərilib ki, bu da ötən illə müqayisədə 31% çoxdur. Qırğızıstan və Türkmənistana daşınma iki dəfə artaraq, müvafiq olaraq 158 min və 29 min tona çatıb. Özbəkistana 1,8 mln. tondan çox (+23%), Tacikistana - 623 min ton (+35%), Əfqanıstana isə 117 min ton (+35%) taxıl göndərilib.

Hesabat dövründə QDY üzrə limanlar və tranzit marşrutları ilə daşımalar üzrə əhəmiyyətli artım nümayiş etdirilib. Belə ki, Aktau və Kurık vasitəsilə İrana daşınmaların həcmi 12 dəfə, Rusiyadan keçməklə 4,7 dəfə, Baltikyanı ölkələrə isə 13 dəfə artıb. Qara dəniz limanları ilə daşımalar 45%, Baltik limanları ilə isə 18% artıb.

“Rusiya Federasiyası vasitəsilə Azərbaycana tranzit 500 min tonu ötüb”, - məlumatda vurğulanır.

Bildirilir ki, QDY taxıl anbarlarını yeni məhsula hazırlamaq üçün yerli istehsalçılardan kənd təsərrüfatı məhsullarının xarici bazarlara vaxtında göndərilməsini təmin etməkdə davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
50
apa.az

10Sources