Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ekvador millisinin üzvü Jorkaeff Reasko karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, 26 yaşlı forvardla "İmişli" yaxından maraqlanır.
Tərəflər arasında danışıqlar davam edir.
Hazırda "El Nasional"da çıxış edən hücumçu 13 qarşılaşmada 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Hücumçu karyerası ərzində "LDU Kito", "Dorados de Sinaloa", "Nyuells Old Boyz", "İnstituto", "Barselona" (Ekvador) kimi klublarda çıxış edib.
Forvard Ekvador millisində 5 oyunda top qovub. Jorkaeff 114 matçda meydana çıxıb. Bu görüşlərdə 19 qol vurub, 8 məhsuldar ötürmə edib.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.