EN

Kaliforniya ştatında fişəng anbarında partlayış olub

Kaliforniyanın Yolo qraflığında fişəng anbarında güclü partlayış baş verib və yanğın baş verib.

Bu barədə qraflığın şerif ofisi məlumat yayıb.

"Bu səhər Esparto/Madison bölgəsində güclü partlayış olub.Fişənglərin saxlandığı anbar partlayıb", - o, Facebook-damesajında ​​bildirib.

Hadisə yerində 1 mil (1,6 km) evakuasiya zonasının təşkil edildiyi bildirilir. Partlayışın səbəbi hələlik məlum deyil.

Chosen
32
aznews.az

1Sources