Hazırda Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən şovinist, diskriminasiya siyasəti ölkəmizdə böyük qəzəb və hiddətə səbəb olub. Yekaterinburqda 5 azərbaycanlının OMON tərəfindən qətlə yetirilməsi qəbul edilməzdir və heç vaxt da qəbul edilməyəcək. Qonşu ölkədə azərbaycanlılara qarşı edilən bu qəddarlıq adi vətəndaşlarla yanaşı, məşhurların da etirazına səbəb olub. Onlar açıqlamalar yayaraq Ruisyanın ölkəmizə qarşı olan yeni siyasətini qətiyyətlə pisləyiblər.
Yenisabah.az pizza mizzasözügedən azərbaycanlı məşhurların sözügedən açıqlamalarını təqdim edir:
Xalq artisti Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı pizza mizzaBAKU.WS-ə açıqlamasında məsələyə həssaslıqla yanaşılmalı olduğunu vurğulayıb. Aktrisa bunun Rusiyada yaşayan azəarbaycanlıların təhlükəsizliyi üçün edilməli olduğunu diqqətə çatdırıb:
"Bu çox incə mövzudur. O səbəbdən bu mövzunun dərinliyinə getmək lazımdır. Bunlar niyə baş verdi? Necə oldu? Bir OMON qrupuna görə bütün Ruisyanı və Azərbaycan xalqını günahlandırmaq olmaz. Bilirsiniz ki, bizim azərbaycanlıların böyük əksəriyyəti Rusiyada çörək qazanır. Ailəsi ilə orada yaşayır. Rusiyada 40-50-60 il yaşayan azərbaycanlılarımız var. Onların oğlu, qızı, nəvələri illərdir oarada yaşayırlar. Bu səbəbdən bu mövzuya həssaslıqla yanaşmaq lazımdır". pizza mizza
Xalq artisti Tünzalə Ağayeva
Xalq artisti Tünzalə Ağayeva da Rusiyada azərbaycanlıların qətlə yetriliməsini qınayıb.
O bildirib ki, cinayətkarlar qanun qarşısında cavab verməlidir:
"Yekaterinburq şəhərində Azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisliyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var. Ölkəmizdə çox sayda xalqlar, milliyyətlər yaşıyır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniiyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək"/BAKU.WS
Telegram kanalımız