Azərbaycanlı futbolçu Mirabdulla Abbasov karyerasını Qırğızıstanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu "Abdış-Ata" klubuna transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mirabdulla son olaraq "Səbail"də çıxış edib. O, daha öncə "Neftçi" və "Sumqayıt" klublarının da formasını geyinib.