EN

Hindistanlı tələbələrə Yeni Zelandiyadan viza güzəşti

Yeni Zelandiya Hindistan da daxil olmaqla 9 ölkədən olan xarici tələbələr üçün viza prosedurunu sadələşdirib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, artıq bu ölkələrin vətəndaşları qəbul olduqları ixtisasların tanınması üçün əlavə IQA (Qualification Assessment) sənədi təqdim etməyəcəklər.

Yeni qayda 23 iyun 2025-dən qüvvədədir və viza qərar müddətini təxminən 40% azaldır. Addımın məqsədi Yeni Zelandiyanı xarici tələbələr üçün daha cəlbedici hala gətirməkdir.

Chosen
30
32
azedu.az

10Sources