EN

"Moskva Bakıya inanmaq istəmir" - Zaxarovadan ABSURD AÇIQLAMA

Bakının Sputnik Azərbaycan media qurumu ilə bağlı gördüyü tədbirlər onların fəaliyyətinə aid deyil və yəqin ki, başqa səbəblərdən həyata keçirilib.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik radiosu"nun efirində bildirib.

Zaxarova qeyd edib ki, illər ərzində bu media orqanı fəaliyyət göstərib, əməkdaşlarının bəzisi Azərbaycan vətəndaşları, bəziləri isə Rusiya vətəndaşları olub və Azərbaycan tərəfi onlarla bağlı heç bir şikayət etməyib:

“Azərbaycan tərəfinin bu media qurumu ilə bağlı nə forma, nə də məzmun baxımından heç vaxt şikayəti olmayıb. Bakıdan heç bir şikayət eşitməmişəm, indiki mərhələdə isə jurnalistlərlə bağlı heç bir şikayət yoxdur. Aydın məsələdir ki, bu, başqa səbəblərdəndir”.

Aqil Qarayev

Chosen
9
news24.az

1Sources