EN

Polis Günü Yasamalda da qeyd edildi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Yasamal Rayon Polis İdarəsində təntənəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin və rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini yad ediblər.

Daha sonra tədbir Yasamal Rayon Polis İdarəsində davam edib. Dövlət himni səsləndirilib, Ümummilli Lider və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev iclası açaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrikini çatdırıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib. Qeyd olunub ki,  polis orqanları ötən 107 il ərzində uzun, tarixi bir yol keçib. 90-cı illərin əvvələrində ölkədə hərc-mərclik baş qaldırdığı bir vaxtda yalnız Ulu Öndərin müdaxiləsi ilə Azərbaycanda sabitlik bərpa olunub və Azərbaycanda qanunun aliliyi təmin edilib. Cəmiyyətdə sabitliyin təmin olunmasında DİN mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Polis ictimai-siyasi sabitliyin rəmzinə çevrilib. Bu gün Azərbaycan polisi Azərbaycan dövlətinin mühüm dayağıdır.

Bildirilib ki, 80-ci illərin sonu Qarabağ münaqişəsi təzə başlayanda bizim ordumuz yox idi və erməni terroçularına qarşı ilk sipər olan məhz polis əməkdaşlarımız olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yüzlərlə polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları şəhid olub. Tökülən qan yerdə qalmayıb və Azərbaycan dövləti Vətən müharibəsində Zəfər qazanıb. Qarabağ tam azad edilib.

Tədbirin sonunda Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib və xatirə fotosu çəkilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
qafqazinfo.az

2Sources