Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil ekperti Elşən Qafarov deyib.
Ekspert bildirib ki, xüsusilə 5-11-ci siniflərdə kəskin müəllim çatışmazlığı var:
"Valideynlər övladlarını Azərbaycan bölməsinə yazdırırlar. Baş verənlərin isə rusdilli təhsilə heç bir təsiri ola bilməz. Çünki Azərbaycanda təhsil prosesi qanunvericiliyə əsasən həyata keçirilir. Hər hansı ölkə ilə münasibətlərimizin yaxşı və ya pis olması təhsil prosesinə təsir göstərməməlidir. Bu fikirlər yanlış və qəbuledilməzdir".
Qeyd edək ki, Rusiya ilə davam edən gərginlik fonunda rusdilli tədrisin ləğv edilməsi ilə bağlı iddialar var.
Əfsanə Kamal
Demokrat.az