EN

Bursada zəlzələ olub

BAKI, TurkicWorld

Bursada 4,3 bal gücündə zəlzələ qeydə alınıb – İstanbulda da hiss olunub.

TurkicWorld xəbər verir ki, Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda bu gün 4,3 bal gücündə zəlzələ baş verib.

AFAD-ın (Fövqəladə Hallar Rəhbərliyi) yaydığı məlumata görə, yeraltı təkanlar 12,93 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub. Bursa Qubernatorluğu hadisə ilə bağlı ilkin açıqlama verərək, heç bir mənfi halın qeydə alınmadığını bildirib.

Qeyd edək ki, ötən gün də eyni rayonda ardıcıl yeraltı təkanlar qeydə alınıb – saat 11:47-də 3,9 bal, 12:57-də isə 4,2 bal gücündə olan zəlzələ ətraf ərazilərdə də hiss edilib.

Chosen
27
50
turkic.world

10Sources