EN

Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Bildirilib ki, Sankt-Peterburq polisi külli miqdarda dələduzluqda şübhəli bilinən qonşu ölkələrdən birindən olan tikinti şirkətinin baş direktorunu saxlayıb.

Yerli jurnalistlərin məlumatına görə, iş adamı Azərbaycandan gəlib.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə mətbuat xidmətindən RBK-ya verilən məlumata görə, Sankt-Peterburqda ümumi məbləği 46 milyon rubldan çox olan bir sıra dələduzluqda şübhəli bilinən tikinti şirkətinin 32 yaşlı baş direktoru saxlanılıb.

Qeyd olunub ki, faktlarla bağlı Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Polisin məlumatına görə, cavabdeh yaşayış binalarının tikintisinə investisiya cəlb etmək və sonradan icarəyə vermək bəhanəsi ilə hərəkət edərək, üç Sankt-Peterburq sakininin pulunu dələduzluq yolu ilə ələ keçirib. İş adamı Parqolovo kəndinin Voloqodskaya küçəsindəki şəxsi evində saxlanılıb.

Daxili İşlÉ™r NazirliyindÉ™n verilÉ™n mÉ™lumata görÉ™, axtarış zamanı tÉ™hlükÉ™sizlik qüvvÉ™lÉ™ri tÉ™rÉ™findÉ™n daşınmaz É™mlaka dair sÉ™nÉ™dlÉ™r, mobil telefon vÉ™ pul (rubl vÉ™ xarici valyutada) götürülüb. 78.ru portalının mÉ™lumatına görÉ™, saxlanılan ÅŸÉ™xs AzÉ™rbaycan vÉ™tÉ™ndaşıdır. Onun evindÉ™ tÉ™hlükÉ™sizlik qüvvÉ™lÉ™ri 175 min rubl vÉ™ 500 dollar tapıblar. Nəşrin mÉ™lumatına görÉ™, saxlanılan ÅŸÉ™xs “Amurov Group” MMC-yÉ™ rÉ™hbÉ™rlik edir vÉ™ iÅŸ sankt-peterburqlu sahibkarların müvafiq olaraq 9,6 milyon vÉ™ 22 milyon rubl aldadılması ilÉ™ baÄŸlı iki epizoddan gedir.

Chosen
1
36
hit.az

10Sources