EN

Qırğızıstan təmsilçisi: Dünyadakı bütün qadınların ortaq problemləri var

LAÇIN, 2 iyul. TELEQRAF

“Laçında keçirilən Qadınlar Forumu olduqca maraqlı idi və burada müzakirələrin faydalı olacağını düşünürəm”.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğız Qadınlar Konqresinin üzvü Gurmira Turqanova deyib.

Nümayəndə bildirib ki, panellərdə müxtəlif mövzularda müzakirə aparıldı: “Bütün iştirakçılar öz fikirlərini və təcrübələrini paylaşdılar və belə qənaətə gəldik ki, dünyadakı bütün qadınların ortaq problemləri var və bu problemləri birlikdə həll etmək lazımdır”.

O vurğulayıb ki, forum iştirakçılara təcrübə qazandırdı:

“Forumda iştirak etdiyimiz üçün çox məmnunuq. Azərbaycana, təşkilatçılara və rəhbərliyə təşəkkürümüzü bildiririk. Bu forumun qadınların və gənclərin davamlı inkişafına töhfə verdiyini düşünürük”.

Chosen
24
teleqraf.com

1Sources