EN

Dörd illik - İlk peşəkar müqaviləsini “Zirə” ilə bağladı

“Zirə” yeni futbolçuyla anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qəsəbə təmsilçisi Abdul Aziz Batibieni heyətinə qatıb. Toqolu futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.

"Zirə" bunadək Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski (son klubu "Neftçi"), İsmayıl İbrahimli (son klubu "Qarabağ"), Rövlan Muradovu (son klubu "Sumqayıt") da sıralarına cəlb edib.

Chosen
17
49
sportinfo.az

10Sources