EN

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

Şavkat

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.Ulusum.az-ın məlumatına görə, bu barədə APA-nın əməkdaşı xəbər verir.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.ŞavkatFəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.Sonra rəsmi foto çəkdirildi.

Diqqət Çəkənlər

Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

2 İyul – Azərbaycan Polisi 107 yaşında

Ərdoğandan onminlərlə xəstəyə ümid! – 5 yeni “ağıllı” xərçəng dərmanı SGK-ya daxil edildi

Chosen
19
49
ulusum.az

10Sources