Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Yekaterinburqda (Rusiya) "LUKOIL" şirkətinin əməkdaşının saxlanılması ilə bağlı yayılan məlumatlar yalandır".
Oxu.Az xəbər verir ki, bu barədə şirkətdən RBK-ya açıqlama verilib.
"Bu, tamamilə feyk məlumatdır - "LUKOIL"da nə belə bir qurum var, nə də belə bir əməkdaş. Şirkət əməkdaşlarının heç biri saxlanılmayıb", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, dünən mediada "LUKOIL" şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin Rusiyada saxlanıldığı barədə məlumat yayılıb. Bildirilib ki, top-menecer məhkəməyə aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.