EN

Polis Günü Ağstafada qeyd olunub - FOTOLAR

Ağstafa rayonunda  2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislərin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad olunub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, respublikamızın hər yerində olduğu kimi, Ağstafada da ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində rayon polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib. Digər çıxış  edənlər Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Qeyd ediblər ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.

Sonda bir qrup polis əməkdaşı rayon İcra hakimiyyətinin fəxri fərman ilə  təltif olunub.

Chosen
15
unikal.az

1Sources