Bu ilin yanvar-may aylarında Azərbaycana konkret olaraq turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 670 196 nəfər təşkil edib.
“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
5 aylıq göstəricinin 145 532 nəfəri ölkəyə işgüzar məqsədlə gələnlərin payına düşüb. Bu, 1 il əvvələ nisbətən 93,9 % çoxdur.
Azərbaycana işgüzar səfərlər ən çox Rusiyadan baş tutub. Bu ölkədən gələnlərin sayı 44 629 nəfər olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.
Hesabat dövründə Türkiyədən işgüzar məqsədlə gələnlərin sayı 2,3 dəfə artaraq 25 320 nəfər, Çindən gələnlərin sayı 2,1 dəfə artaraq 8 772 nəfər, Hindistandan gələnlərin sayı 73,7 % artaraq 6 465 nəfər, Pakistandan gələnlərin sayı isə 2,4 dəfə artaraq 6 346 nəfər olub.
Əvəzində 5 ay ərzində ölkəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı 6,1 % azalaraq 16 788 nəfər təşkil edib.
O cümlədən, son 1 ildə Hindistandan sözügedən məqsədlə gələnlərin sayı 4,8 % artaraq 89 205 nəfər, Rusiyadan gələnlərin sayı 33,4 % azalaraq 84 192 nəfər, Türkiyədən gələnlərin sayı 7,5 % artaraq 37 744 nəfər, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,5 % artaraq 24 900 nəfər, Pakistandan gələnlərin sayı isə 7,4 % azalaraq 16 531 nəfər olub.
Hesabat dövründə Azərbaycana qohumlara və dostlara baş çəkmək məqsədilə gələnlərin də sayı 14,6 % azalaraq 85 333 nəfər təşkil edib.
O cümlədən, son 1 ildə Rusiyadan sözügedən məqsədlə gələnlərin sayı 29,7 % azalaraq 42 747 nəfər olub, Türkiyədən gələnlərin sayı 15,6 % artaraq 14 671 nəfər, Gürcüstandan gələnlərin sayı 24,3 % azalaraq 6 476 nəfər, Qazaxıstandan gələnlərin sayı 36,8 % artaraq 5 367 nəfər, İsraildən gələnlərin sayı isə 3 dəfə artaraq 3 904 nəfər olub.
Yanvar-may aylarında ölkəyə müalicə məqsədilə gələnlərin sayı da 10,6 % azalaraq 7 241 nəfər təşkil edib.
O cümlədən, son 1 ildə Rusiyadan sözügedən məqsədlə gələnlərin sayı 24,5 % azalaraq 4 191 nəfər, Qazaxıstandan gələnlərin sayı 16,3 % artaraq 756 nəfər, Türkiyədən gələnlərin sayı 31,9 % artaraq 641 nəfər, Ukraynadan gələnlərin sayı 2,4 dəfə artaraq 117 nəfər, Türkmənistandan gələnlərin sayı isə 4,8 dəfə artaraq 111 nəfər olub.
5 ay ərzində Azərbaycana dini ziyarət məqsədilə gələnlərin sayı da 36,3 % azalaraq 791 nəfər təşkil edib.
O cümlədən, son 1 ildə Rusiyadan sözügedən məqsədlə gələnlərin sayı 41,6 % azalaraq 390 nəfər, Türkiyədən gələnlərin sayı 33,1 % artaraq 161 nəfər, Gürcüstandan gələnlərin sayı 21,3 % artaraq 57 nəfər, Qazaxıstandan gələnlərin sayı 58,6 % azalaraq 58 nəfər, İsraildən gələnlərin sayı isə 2,9 dəfə artaraq 40 nəfər olub.
Hesabat dövründə ölkəyə mağazalara baş çəkmək məqsədilə gələnlərin sayı da 23,1 % azalaraq 1 480 nəfər təşkil edib.
O cümlədən, son 1 ildə Gürcüstandan sözügedən məqsədlə gələnlərin sayı 20,6 % artaraq 544 nəfər, Türkiyədən gələnlərin sayı 32,5 % artaraq 163 nəfər, Rusiyadan gələnlərin sayı 9,7 % artaraq 361 nəfər, Qazaxıstandan gələnlərin sayı 48,6 % azalaraq 143 nəfər, Türkmənistandan gələnlərin sayı isə 17,7 % azalaraq 130 nəfər olub.
Yanvar-may aylarında Azərbaycana tranzit məqsədilə gələnlərin sayı isə 17 % azalaraq 11 640 nəfər təşkil edib.
O cümlədən, som 1 ildə Rusiyadan sözügedən məqsədlə gələnlərin sayı 51,7 % azalaraq 3 422 nəfər, Türkiyədən gələnlərin sayı 24,7 % artaraq 1 365 nəfər, Çindən gələnlərin sayı isə 51 % artaraq 551 nəfər, Qazaxıstandan gələnlərin sayı 0,3 % azalaraq 955 nəfər, Gürcüstandan gələnlərin sayı isə 3,7 % azalaraq 754 nəfər olub.