EN

“Xiaomi” 3 dəqiqəyə 200 mindən çox YU7 elektrik avtomobili satdı


“Xiaomi”nin ikinci elektrik avtomobili YU7 krossoveri Çində böyük tələblə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, avtomobil biznesinə yeni daxil olan elektronika istehsalçısı bir il yarım əvvəldən konveyerdən çıxmamış avtomobillərinin demək olar ki, hamısını satıb.
“Xiaomi” “Tesla” elektrik avtomobilləri də daxil olmaqla, bazarda “böyük oyunçular” üçün ciddi rəqabət yarada biləcək YU7-nin satışına başladığını iyunun 26-da elan edib.
Cəmi 3 dəqiqə ərzində avtomobil almaq üçün onlayn müraciətlərin sayı 200 mini keçib.
Satışların başlamasından 72 saat sonra Çin üzrə 351 “Xiaomi” pərakəndə mağazasından toplanan məlumatlar göstərir ki, sifarişlərin sayı demək olar ki, 316 minə çatıb.
Beləliklə, “Xiaomi” YU7-nin bütün potensial tirajını 2027-ci ilin əvvəlinə qədər satıb. Buna görə də, bir çox alıcılar avtomobillərini 56 həftə gözləməli olacaqlar.

Chosen
44
20
yeniavaz.com

6Sources