Bakı, 2 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, iyunun 4-də hərbçi Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.