Maksim Medvedev "Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, son bir ildir Ağdam təmsilçisinin U-14 komandasını çalışdırırdı.
M. Medvedev futbolçu kimi bütün karyerasını "Qarabağ"da keçirib. O, klub tarixində ən çox oyuna çıxan futbolçudur.