EN

“Paşinyan vəzifəsindən uzaqlaşdırılacaq” - ŞOK İDDİA

"Ermənistanın baş naziri kreslosunda oturan, ölkənin xarici və daxili siyasətini iflasa uğradan, beş min gəncin həyatına son qoyan, erməniləri Qarabağdan çıxarmağa səbəb olan, bütün dövlət institutlarını nüfuzdan salan və Erməni Apostol Kilsəsinə qarşı çıxan şəxs impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq".

Musavat.com xəbər verir ki, bu bəyanatın müəllifi Ermənistan parlamentinin deputatı, Serj Sərkisyanın yaxın adamı Ayk Mamicanyandır.

O, baş nazir Nikol Paşinyanın "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarına siyasi proseslərdə iştirak etmələri halında işdən çıxarılacaqları ilə bağlı hədəsini şərh edib.

Bununla belə, Mamicanyan konkret vaxt göstərməkdən çəkinib.

"Bu vəzifə onun həbsdə keçirəcəyi çox uzun müddətli gələcəyini dəyişməyəcək", - deyə erməni deputat əlavə edib.

Revanşist siyasətçinin iddiasına görə, Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin sahibi, Rusiyanın "Tashir" holdinqinin rəhbəri Samvel Karapetyan və digər ermənilərdən qorxur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
50
olaylar.az

10Sources