EN

Rusiyada daha bir azərbaycanlı həbs edilib, iş adamı saxlanılıbVİDEO

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Azərbaycanın Baş prokuroru ilə daimi əlaqə saxlayır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburq və Bakıda rezonans doğuran işlərlə bağlı problemli məsələləri müzakirə etmək üçün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır və tərəflər problemli görünən məsələlərlə məşğul olurlar. Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini diqqətlə izləyiblər. O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə isə deyib ki, ölkəsi Azərbaycanı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə yaranan məsələlər siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir. Zaxarova onu da qeyd edib ki, Azərbaycanda olan və ya ora səyahət etməyi planlaşdıran rusiyalılar mövcud vəziyyəti nəzərə almalıdırlar.

Bu arada, Rusiyada azərbaycanəsilli iş adamı saxlanılıb. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, söhbət "Amurov group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaqın versiyasına görə, o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq edib. 32 yaşlı biznesmen 46 milyon rubldan çox dəyərində dələduzluqda şübhəli bilinir. O, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Şirkət direktoru Parqolovo şəhərindəki evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb. Hüquq-mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır. Polisin məlumatlarına görə, saxlanılan Mark Aleksandroviç Amurov azərbaycanda doğulub.

Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsi isə Şahin Lalayevin barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Rusiya mediası məlumat yayıb. Onun həbs müddəti iyulun 19-dək uzadılıb. Vəkilinin sözlərinə görə, Şahin Lalayev ittiham üzrə özünü təqsirsiz bilir. Müdafiə tərəfi daha yüngül qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb, amma məhkəmə onu təmin etməyib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
23
50
xezerxeber.az

10Sources