EN

"Neftçi" və "Sumqayıt" izin vermədi, bəs bölgə klubu hansı addımı atacaq?

"Şamaxı" yeni mövsümdə də gənc futbolçulara şans verməyə davam edəcək.

Həm də gənclər millimizin baş məşqçisi olan Ayxan Abbasov bu səbəbdən istedadlı gənclərin axtarışını davam etdirir.

Ağadadaş Salyanski və Murad Məmmədova görə təklif göndərdiyi "Neftçi"dən, Nihat Əhmətzadə və Sənan Muradlıya görə isə "Sumqayıt"dan "yox" cavabı alan "şirlər" indi də "Turan Tovuz"un iki üzvünə diqqət ayırıb.

Söhbət İbrahim Ramazanov və Raul Məmmədovdan gedir.

İkinci son mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.

Stoper mövqeyində çıxış edən hər iki gənc həm də gənclər millimizin son oyunlarında iştirak ediblər.

Danışıqlar aktiv fazada davam edir.

Tərəflər arasında razılıq əldə olunsa, ikili qarşıdakı mövsümü "Şamaxı" formasında keçirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
23
50
sportinfo.az

10Sources