EN

​ABŞ-nin silah ehtiyatı azaldı -

ABŞ Ukraynaya daha əvvəl göndəriləcəyi bildirilən bəzi hərbi sursatları göndərməyəcək. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat dərc edib. Bildirilib ki, xarici hərbi yardımlar nəzərdən keçiriləndən sonra belə qərar qəbul edilib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Pentaqonun xaricə yardımı nəzərdən keçirdiyini açıqlamışdı. Kelli qeyd edib ki, keçmiş prezident Co Bayden dövründə Ukraynaya göndəriləcəyi bildirilən bəzi hərbi sursatların ABŞ-nin maraqlarının prioritet olduğu nəzərə alınaraq göndərilməsinin dayandırılmasına dair qərar verilib. Anonim ABŞ rəsmilərinin iddiasına görə, Pentaqon bəzi silahlar azaldığı üçün onların göndərilməsinin dayandırılmasına dair qərar qəbul edib.

Chosen
19
1
metbuat.az

1Sources