EN

Təyyarənin mühərriki sıradan çıxdı, İstanbula məcburi eniş etdi

BAKI, 2 iyul. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan “AirArabia” Hava Yollarına məxsus sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən Ankara Esenboğa hava limanına məcburi eniş edib.

Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, “AirbusA320-214” tipli sərnişin təyyarəsinin sol mühərriki sıradan çıxıb və uçuş zamanı dayanıb.

Məlumata görə, təyyarə tək mühərriki ilə heç bir problem olmadan uçuş-enmə zolağına enib.

Göyərtəsində 144 sərnişin və ekipaj üzvü olduğu bildirilən təyyarə təhlükəsiz dayanacaq sahəsinə gətirilib.

Sərnişinlər təyyarədən çıxarılaraq terminala aparılıb.

Chosen
98
50
teleqraf.com

10Sources