EN

Araz Ağalarov barəsində icraat başladıldı - FOTO

Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.


Bu barədə fərdi borcluların reyestrinin məlumatlarında deyilir.


Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb.


Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə "Forbes"in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yerdə qərarlaşıb./Unikal

Tarix: 2 İyul 2025, 23:51   
Chosen
15
32
pravda.az

10Sources