EN

Azərbaycan güləşçisi Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Demokrat.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kiloqram) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (67 kiloqram) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Seymur Qasımov (72 kiloqram) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Chosen
15
42
demokrat.az

10Sources