EN

"Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir, indiyədək ağzından faydalı bir söz çıxmayıb"

NATO-nun baş katibi Mark Rütte Rusiya xarici işlər naziri Sergey Lavrovun alyansın mümkün dağılması ilə bağlı son şərhlərinə münasibət bildirib.

 

Bu barədə Rütte "Fox News" telekanalına müsahibəsində danışıb.

 

“Lavrov – o, İsa Məsihin doğulduğu zamandan bəri Rusiya xarici işlər naziridir, yox? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə eşitməmişik. Ona görə də gəlin cənab Lavrova artıq diqqət yetirməyək”, – Rütte deyib.

 

Rüttenin bu fikirlərinə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da cavab verib:

 

“Sergey Lavrov NATO-nun baş katibini İsa Məsihi xatırlamağa vadar edirsə, deməli, bu qədər illəri boş yerə işləməyib”./APA

Tarix: 3 İyul 2025, 00:10   
Chosen
19
1
pravda.az

2Sources