EN

Masazırda açıq ərazidə baş verən yanğın söndürülüb

Xəbər verildiyi kimi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Chosen
16
16
missiya.az

10Sources