EN

Özbəkistan Prezidenti İlham Əliyevi yığmamızın dünya çempionatında qələbəsi münasibətilə təbrik edib - VİDEO

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev minifutbol üzrə Azərbaycan millisini Bakıda keçirilmiş dünya çempionatında qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Qeyd edək ki, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.

"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının finalınada Macarıstan millisinə qalib gəlib.

İdman.biz

Chosen
35
10
idman.biz

10Sources