EN

NATO Pentaqonun Ukraynaya silah tədarükünü dayandırmasına yenidən baxılmasını tələb edir

Ukraynanın NATO-dakı müttəfiqlərindən biri ABŞ Müdafiə Nazirliyinə təzyiq edərək, ondan Kiyevə bəzi silah tədarükünü dayandırmaq qərarına yenidən baxmağı tələb edir. Bu barədə Avropa rəsmisinə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, hava hücumundan müdafiə raketləri və artilleriya mərmilərinin tədarükünün dayandırılması qərarı Donald Trampın Ukraynaya daha çox “Patriot” raketləri göndərməyə hazır olduğunu bəyan etməsindən bir neçə gün sonra qəbul edildiyini nəzərə alsaq, Ukrayna və onun müttəfiqlərini təəccübləndirdi.

NBC telekanalının məlumatına görə, ABŞ onlarla “Patriot” zenit-raket kompleksinin, minlərlə 155 mm-lik artilleriya mərmisinin, 100-dən çox Hellfire raketinin, 250-dən çox GMLRS yüksək dəqiqlikli raket kompleksinin, həmçinin onlarla “Stinger MANPADS”, “AIM” hava buraxılış qurğusunun çatdırılmasını təxirə salıb.

NBC mənbələri onu da qeyd ediblər ki, Pentaqonun rəhbəri Pete Hegseth əmri silahların bir hissəsi artıq Avropada olanda və təhvil verməyə hazır olanda verib.

Əziz Mustafa

Chosen
21
30
oxumeni.az

10Sources