Oxu.Az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.
Hadisə bölgəni su basması təhlükəsi səbəbilə həyata keçirilən təxliyə zamanı baş verib. Aşkarlanan uşaqların heç vaxt həkimə, məktəbə getmədiyi və heç bir sosial mühitdə iştirak etmədiyi ortaya çıxıb.
"Onlar yaşlarına uyğun olmayan bezlər geyinmişdilər və yalnız özlərinin anlayacağı primitiv bir dildə danışırdılar", - deyə məqalədə qeyd olunur.
Onları bu yaşına qədər heç kim görmədiyi və eşitmədiyi üçün İtaliya mediasında uşaqlara "kabus uşaqlar" adı verilib.
Uşaqların atası - 54 yaşlı hollandiyalı heykəltəraş - onları cəmiyyətdən təcrid etməsinin səbəbini infeksiya qorxusu, o cümlədən koronavirusdan ehtiyat etməklə izah edib. O, bu qərarı uşaqlarını qorumaq məqsədilə verdiyini deyib. Məlumata görə, uşaqların anası onlarla yaşamır və onların taleyi ilə maraqlanmır.
7Sources
-
ulusum.azİtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib ( 18986632)
-
sherg.azUşaqlarını koronavirusdan qorumaq üçün illərlə gizlətdi ( 18964381)
-
saglamolun.azUşaqlarını koronavirusdan qorumaq üçün illərlə gizlətdi ( 18938572)
-
demokrat.azİtaliyada illərlə cəmiyyətdən təcrid olunmuş "kabus uşaqlar" tapıldılar ( 18879934)
-
oxu.azİtaliyada illərlə cəmiyyətdən təcrid olunmuş kabus uşaqlar tapıldılar ( 18878848)
-
azia.azÇox hallarda övladlar yaşlı ata-analarına maddi və mənəvi dəstək göstərməkdən imtina edirlər-BU HALDA... ( 18495646)
-
turkic.world“Latte atalar” dövrü- Sosial medianın yeni ata modeli ( 18269914)