Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli vətənə qayıdıb.
Sportinfo.az xəbər verir ki, o, həm də qapıçılar üzrə məşqçi postunu tutduğu Qazaxıstan "Astana"sınıtərk edib.
Hüseynli "Araz-Naxçıvan"a qayıtmağa hazırlaşır. Hazırda tərəflər arasında danışıqlar gedir.
Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir. Xatırladaq ki, 34 yaşlı qolkiper son 3 ildə Qazaxıstan çempionatında çıxış edib.