İndoneziyanın Bali sahillərində bərə batıb, azı 61 nəfər itkin düşüb.
AFP-nin yerli xilasetmə qruplarına istinadən verdiyi məlumata görə, bərədə 53 sərnişin və 12 ekipaj üzvü olub.
Qəzadan sonra başladılan axtarış-xilasetmə işlərində indiyədək 4 nəfər sağ-salamat xilas edilib. Səlahiyyətlilər itkin düşənlərin tapılması istiqamətində işlərin davam etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az