EN

Rutte: “Lavrov deyəsən, İsa Məsihin doğulduğu gündən Rusiya XİN rəhbəri olub”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Onun ağzından faydalı heç nə çıxmayıb. Ona görə də biz cənab Lavrova çox diqqət yetirmirik"

NATO-nun baş katibi Mark Rutte Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Alyansın gözlənilən “dağılması” ilə bağlı son açıqlamasına görə tənqid edib. AYNA.AZ xəbər verir ki, bu barədə Rutte “Fox News”a müsahibəsində qeyd edib.

Baş katib əvvəlcə Donald Trampı və onun administrasiyasını NATO-nun müdafiə xərclərinin artırılması ilə bağlı “böyük xarici siyasət qələbəsi” münasibətilə təbrik edib.

"Lavrov deyəsən, İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziri olub? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb. Ona görə də biz cənab Lavrova çox diqqət yetirmirik", - deyən Rutte əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun baş katibi Mark Ruttenin bəyanatını şərh edib: "Sergey Lavrovun bu qədər il işləməsi əbəs deyildi, çünki o NATO-nun baş katibinə İsa Məsihi xatırlatdı", - Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, iyunun 30-da Lavrov silahlanma yarışı nəticəsində Rusiyada rejimin çökəcəyini proqnozlaşdıran Polşanın xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə münasibət bildirib: “NATO ölkələrinin büdcəsinin fəlakətli artması, fikrimcə, bu təşkilatın dağılmasına gətirib çıxaracaq”.

Xatırladaq ki, ötən həftə Haaqada keçirilən sammitdə NATO ölkələrinin liderləri müdafiəyə ÜDM-in 5%-i həcmində rekord məbləğdə xərclənməni təsdiqləyiblər. Həmçinin yekun bəyannamədə Rusiya Avro-Atlantik təhlükəsizliyə uzunmüddətli ciddi təhdid sayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
24
ayna.az

10Sources