Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda əkinçilik sahəsində baş verən yanğın sürəti saatda 85 kilometrə çatan küləyin təsiri ilə meşəlik əraziyə keçib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, qısa bir vaxtda ətrafa yayılan alov İzmir-Çeşmə avtomobil yoluna çatıb və yol hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğını nəzarət altına almaq üçün əraziyə 6 təyyarə, 19 helikopter, 39 su tankeri, 14 yanğınsöndürən maşın, 4 buldozer və yanğınsöndürən briqadaları göndərilib.
Yanğın riski ilə əlaqədar 3 məhəllə boşaldılıb.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilələr davam edir. Bölgədə artan küləyin intensivliyi yanğının söndürülməsini çətinləşdirir.
Ərazidə elektrik kəsilmədi müşahidə olunur.
Yanğın ərazisində araşdırma aparan İzmir valisi Süleyman Elban hələlik yanğının nəzarət altına alınmadığını, ancaq indiyədək heç bir itkinin qeydə alınmadığını bildirib. Elban həmçinin yanğının elektrik naqillərindən qaynaqlandığını ehtimal etdiklərini əlavə edib. Onun sözlərinə görə, yanğın yerli vaxtla saat 21:30 radələrində baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.