EN

Rusiya Xəzərdən Bakıya 5-10 raket ata da bilər!..”- Politoloqdan şok proqnoz...

“Bu saat Rusiyanın 20 yanvar 1990-cı ildən öncə 12-13 yanvar “erməni talanları” kimi “rus talanları” təşkil etmək və buna “cavab olaraq” Azərbaycana qoşun  yeritmək imkanı yoxdur. Çünki...”
 
“Fəqət, bu o demək deyil ki, Azərbaycan da bir dövlət olaraq öz dövlətçilik, müstəqillik, suverenlik prinsiplərindən geri çəkilməli və işğalçı Putin Rusiyasına baş əyməlidir...”
 
“Amerikanın hərbi doktrinasına görə bu ölkə iki lokal, məhəlli müharibə apara bilər, Rusiyanın hərbi doktrinasına görə isə bu ölkə yalnız bir lokal, məhəlli savaş apara bilər. Hazırda Moskva Ukraynada bir lokal müharibə aparır və ikinci məhəlli müharibə aparmağa istər iqtisadi, istərsə də hərbi imkanı yoxdur. O mənada bu saat Rusiyanın 20 yanvar 1990-cı ildən öncə 12-13 yanvar “erməni talanları” kimi “rus talanları” təşkil etmək və buna “cavab olaraq” Azərbaycana qoşun  yeritmək imkanı yoxdur. Çünki o, hələ Ukrayna bataqlığından çıxa bilmir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə,  Kreml, “FSB” Azərbaycanla kəskin gərginlikdən yararlanaraq  öz agneturası vasitəsilə Azərbaycanda, xüsusən Bakıda rus mənşəli və rusdilli əhaliyə münasibətdə 20 Yanvar qətliamı öncəki 13 yanvar “erməni talanları”  ssenarisini təşkil edərək Azərbaycana qarşı hərbi əməliyyatlar keçirmək üçün bəhanə yaratmaz ki?” sualını cavablandırarkən söyləyib.
 
“Ancaq hazırkı Rusiyadan hər şey gözləmək olar. Moskva Azərbaycana öz hikkəsini, gücünü göstərmək üçün Xəzərdəki hərbi dəniz donanması vasitəsilə Bakıya 5-10 raket də ata bilər.  Çünki Kremldə ağlı başında olan 3-4 adam var. Qalanları isə belə addımlar atmağa hazırdır. Və bunun qarşılığında heç bir cəza verilməyəcək Rusiyaya. Bunun bariz nümunəsini Ukraynadakı 3 ildən çox davam edən müharibədə görürük.  O məşhur rus filmindəki bir epizodda deyildiyi kimi, “kto je yevo pasadit on je pamyatnik?” – “Onu kim həbs edəcək, o ki heykəldir...””,-deyə davamında Zərdüşt Əlizadə bildirib. 
 
P.S. Əlbəttə, bu deyilənlər politoloqun öz ehtimallarıdır. Düzdür, heç bir beynəlxalq hüquq və prinsipin tanınmadığı indiki dünyada hər şey gözləmək olar. Xüsusən də Rusiya kimi imperialist, şovinist xislətli dövlətlərdən... Bunu bu dövlətin ruslarla eni mənşəli hesab edilən Ukrayna xalqına qarşı artıq 3 ildən çoxdur ki, törətdiyi faktiki soyqırım da, həmçinin 2020-ci ilin 44 günlük savaşının sonunda Bakıya atılan raketlərin məhz Rusiyanın Xəzərdəki gəmilərindən atılması ehtimalları da sübut edir...Fəqət, bu o demək deyil ki, Azərbaycan da bir dövlət olaraq öz dövlətçilik, müstəqillik, suverenlik prinsiplərindən geri çəkilməli və işğalçı Putin Rusiyasına baş əyməlidir. Əksinə, daha düşünülmüş, ciddi, həm də qanunauyğun addımlar atmaqla Rusiyadakı soydaşlarımızın haqq və hüquqlarının qorunması uğrunda mücadiləni davam etdirmək gərəkdir. Məsələn, Bakıda 2-3 kiçik çaplı “FSB” agentinin həbsi ilə kifayətlənməmək, təcili olaraq Milli(!) Məclis tərəfindən “Lüstrasiya” haqqında qanun qəbul etmək, bilavasitə Moskvaya bağlı keçmiş “KQB” və digər arxivlərin sırf siyasi idarəçilik yönündən açılmasını və bu minvalla sovet və müstəqillik dövründə Rusiyanın Azərbaycana qarşı cinayətlərini, o cümlədən 20 Yanvar, Xocalı soyqırımı, Tərtər qətliamını və s. törətmiş agentura şəbəkələrini ifşa etmək, dövlətimizə xəyanəti isbat olunmuş keçmiş Baş Qərargah rəislərini, digər keçmiş yüksək vəzifəliləri və s. həbs etmək, həmçinin bir sıra digər tədbirlər görmək mümkündür... 
 
Sultan Laçın
 
Chosen
17
50
moderator.az

10Sources