Ərzaq məhsulları arasında strateji əhəmiyyətə malik olan düyü dünya bazarlarında dəyər itirməkdə davam edir.
Qızılın qiyməti yüksəldi - SON QİYMƏT
FED.az xəbər verir ki, son məlumata görə, əmtəə bazarında bir sentner düyünün qiyməti 12.6150 ABŞ dolları səviyyəsinə enib. Bu, əvvəlki günlə müqayisədə 0.0450 dollar və ya 0.36% azalma deməkdir.
Sadə hesabla bu o deməkdir ki, 45 kiloqramlıq bir kisə düyünün qiyməti 12.6150 dollardır. Bu isə 1 kiloqram üçün təxminən 0.280 dollar, yəni 28 sentə yaxın edir. Əgər bu məbləği Azərbaycan manatı ilə hesablasaq, 1 kiloqram düyünün dünya əmtəə bazarındakı dəyəri təqribən 48-49 qəpik arasında dəyişir.
Ucuzlaşma yalnız bir günlə məhdudlaşmır. Həftəlik statistikaya baxdıqda düyü qiymətləri 3.26% azalaraq mənfi dinamikanı davam etdirib. Aylıq müqayisədə isə qiymətlərdə 6.52% eniş qeydə alınıb. İlin əvvəlindən bu yana düyünün dəyərində ümumilikdə 10.05% azalma baş verib. Daha uzunmüddətli müqayisə isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir: son 1 ildə düyünün qiyməti 25.51% ucuzlaşıb.
Bəzi ekspertlər bu enişi təhlükəsiz tədarük və əsas istehsalçı ölkələrdə məhsuldarlığın artması ilə izah edirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.