EN

DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 5%-dən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 8 milyard 703,7 milyon milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz çox icra edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1% artıb.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat köçürülməsi proqnozlaşdırılır.

Beləliklə, hesabat dövründə həmin məbləğin 56.2%-i təmin olunub.

Chosen
1
1
apa.az

2Sources