EN

Sabunçu və Suraxanının bəzi ərazilərində qaz olmayacaq

Sabunçu və Suraxanı rayonunda bir neçə küçənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində və Suraxanı rayonu, Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi , 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Chosen
7
36
operativmm.az

10Sources